product

Kalsit bir karbonat mineralıdır və Kalsium Karbonatın (CaCo3) ən sabit polimorfudur. Kalsit bir qatqı maddəsi kimi müxtəlif sənaye sahələrində tətbiq olunur. Mikronlaşdırılmış Kalsium Karbonat tozu 15-30% nisbətində divar kağızı və karton kağızı istehsalında sellüloza əlavə olunur. Kalsium karbonatın spesifik texniki xüsusiyyətlərə sahib olması, eləcə də yüksək ağlıqda və ucuz olması, kağız sənayesində istifadə olunan Kaolinin yerini almasına gətirib səbəb olmuşdur. Kalsium karbonat ətraf mühitə zərərsiz mineraldır. Kağız istehsalı sənayesində kalsium karbonat istifadə edilməklə sellüloz və optik ağardıcı maddələrin istifadəsi məhdudlaşır və nəticədə ətraf mühitin çirklənməsi ciddi şəkildə azalır. Boya sənayesində, həmçinin daxili boya və su əsaslı boya istehsalında % 20-25 Kalsium Karbonat istifadə olunur. Eləcə də kalsitdən istifadə Titanium Dioksid (TiO2) istifadəsini azaldaraq istehsal maliyyətini böyük ölçüdə aşağı salır.